“Amerika belə bir dönəmdə İrana qarşı sanksiyaları yüngülləşdirməlidir. İran xalqı bu vəziyyətdən əziyyət çəkir və dünya pandemiyası dövründə bu sanksiyaların sərtliyini artırmaq mənqiti deyil.”
Rasthaber Azərbaycan SalamNews-a istinadla xəbər verir ki, bunu ABŞ siyasətçisi demokratlardan prezidentliyə namizəd olan Cozef Bayden deyib.
O ötən günkü açıqlamasında bildirib ki, ABŞ koronavirus pandemiyasının sərhəd tanımadığı dövründə bütün zərər çəkən dövlətlərə yardım etməlidir o cümlədən İrana qarşı sanksiyaları yüngülləşdirməlidir.
O Donald Tramp Administrasiyasından isyətib ki, İrana humanitar yardım göstərmək istəyən və xüsusilə də koronavirus pandemiyası dövründə burada fəaliyyətini davam etdirmək istəyən beynəlxalq təşkilatlara sanksiyalarla maneəçilik yaratmasın.
Qeyd edək, ki, ABŞ konqresinin 32 nümayəndəsi və ondan öncə də prezidentliyə digər namizəd Berni Sanders Donald Tramp Administrasiyasından İrana qarşı sanksiyaların dayandırılmasını və ya yüngülləşdirilməsini istəmişdilər.