Bayden çıxışını yarıda kəsdi: Həll etməli olduğum bir problem var

Bayden çıxışını yarıda kəsdi: Həll etməli olduğum bir problem var

Bayden çıxışını yarıda kəsib, situasiya otağına yollanıb.

Az.rasthaber.com xəbər verir ki, ABŞ prezidenti Bayden Ağ Evdə iqtisadiyyatla bağlı çıxışını yarımçıq kəsərək Ağ Evin Vəziyyət Otağına keçib. Bayden "Üzr istəyirəm, situasiya otağına getməliyəm. Həll etməli olduğum bir problem var" deyərək kürsüdən ayrılıb.

Ağ Ev hələlik Baydenin çıxışını niyə kəsdiyinə dair açıqlama verməyib.

Suriyadakı ABŞ hərbi bazalarına hücum iddialarından sonra Baydenin çıxışını yarımçıq kəsərək Ağ Evin Situasiya Otağına getdiyi iddia edilib.

Konfrans zalı və kəşfiyyat idarəsi mərkəzi kimi istifadə edilən Situasiya Otağı ABŞ Milli Təhlükəsizlik Şurası tərəfindən idarə olunur.

Xəbəri paylaş

VİDEOLAR