Batumidə 2 milyon dollarlıq narkotika ələ keçirildi

Batumidə 2 milyon dollarlıq narkotika ələ keçirildi

Gürcüstanın Mərkəzi Kriminal Polis Departamentinin rəhbəri, Mamuka Celidze açıqlama verib.

Hüquq mühafizə orqanlarının Batumi şəhərində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 2 milyon dollar dəyərində, 40 kiloqram narkotik vasitə ilə, iki nəfər Bolqarıstan vətəndaşı saxlanılıb.

Rasthaber Azərbaycan "24News.ge"yə istinadən xəbər verir ki, bu barədə, Gürcüstanın Mərkəzi Kriminal Polis Departamentinin rəhbəri, Mamuka Celidze açıqlama verib.

Qeyd edilir ki, əməliyyat axtarış tədbirləri, Gürcüstanın Mərkəzi Kriminal Polis Departamenti və Ədliyyə Departamentinin, Narkotiklərlə Mübarizə Administrasiyası tərəfindən keçirilib.

"Ələ keçirilən narkotik vasitələrin qara bazarda çəkisi 2 milyon dollardan artıqdır. Axtarış nəticəsində bəlli olub ki, Bolqarıstan Respublikasının iki vətəndaşı, hansılar ki, saxlanılıblar, mart ayında minik avtomobili ilə avtomobilin xüsusi hissəsində gizlətdikləri, külli miqdarda narkotik vasitələri Gürcüstan tərəfə keçiriblər. Qeyd edilən narkotik vasitələri, Batumidə tutduqları bina evində yerləşdirərək, onun mərkəzi Avropayı göndərilmələrini təmin edirlərmiş", - deyə açıqlamada bildirilib.

Xəbəri paylaş

VİDEOLAR