Basketbol ulduzu vertolyot qəzasında ölüb - VİDEO

Basketbol ulduzu vertolyot qəzasında ölüb - VİDEO

Kobe Bryant və qızı Gianna California-nın Calabasas şəhərində baş vermiş vertolyot qəzasında ölüb.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın basketbol əfsanəsi Kobe Bryant və qızı Gianna California-nın Calabasas şəhərində baş vermiş vertolyot qəzasında ölüb.

Qəza nəticəsində ümumilikdə doqquz nəfər ölüb.

41 yaşlı ulduz şəxsi vertolyot təyyarəsi ilə səyahət edirmiş. 

Los Angeles polisi deyib ki, qəzadan sağ çıxanlar olmayıb.

Beşqat NBA çempionu olan basketbolçu LA basketbol komandasının tərkibində oynayıb və o, basketbol tarixində ən yaxşı oyunçulardan biri sayılır.

Məşhurlar və həmkar idmançılar basketbolçunun ölümü ilə bağlı başsağlığı verir, bir çoxları isə ulduzun ani ölümünə təəccübləndiyini bildirirlər.

Kobe Bryant bütün ABŞ boyu keçirilən basketbol oyunlarında sükutla anılıb.

NBA ulduzun ölümü haqda yaydığı açıqlamada deyib ki, "Kobe Bryant və onun 13 yaşlı qızı Giannanın faciəvi ölümü onları bərbad hala qoyub".

Şerif Sheriff Alex Villanueva deyib ki, təyyarə qeydləri göyərtədə doqquz nəfərin olduğunu göstərib. Əvvəlcə bu rəqəmin beş olduğu düşünülürdü.

Qəzanın bazar günü səhər 10 radələrində baş verdiyi deyilir.

Qəzanın şahidləri TMZ saytında deyiblər ki, vertolyot qəzaya uğramazdan əvvəl onun mühərriki yerə çırpılıb.

Xəbəri paylaş

VİDEOLAR