Baş Prokurorluq iki erməni təxribatçını beynəlxalq axtarışa verib

Baş Prokurorluq iki erməni təxribatçını beynəlxalq axtarışa verib

Baş Prokurorluq barələrində cinayət işi başlanmş iki erməni təxribatçını beynəlxalq axtarışa verib

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Əsir götürülmüş və təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Qurqen Alaverdyanın ifadəsinə əsasən, Ermənistan Respublikasının vətəndaşları - Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunda yerləşən postlarında müdafiəni təşkil edən qanunsuz silahlı birləşmənin komandiri Vartanyan Vazgen Baxşikoviç və tağım komandiri Camalyan Armen Gneloviçin də eyni əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlar Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 276-cı (casusluq), 279.2-ci (silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə), 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 29, 214.2.3-cü (terrorçuluğa cəhd), 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Baş Prokurorluğun təqdimatı əsasında məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda bildirilir.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin İnterpolun Milli Mərkəzi Bürosuna göndərilib.

Xəbəri paylaş

VİDEOLAR