Azərbaycanda hazırda koronavirusa yoluxma şübhəsi ilə yalnız iki nəfər Kiniki Tibbi Mərkəzdə müalicə alır, lakin həmin şəxslərin heç birində virus aşkarlanmayıb.
Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, ölkədə koronavirus şübhəsi olan yeni xəstə qeydə alınmayıb. C.İsayev indiyədək ölkədə koronavirusa yoluxma halının aşkar edilmədiyini də söyləyib.
Baş infeksionist hesab edir ki, Bakıdan Çinə yerinə yetirilən aviaresyslərin dayandırılması ilə əlaqədar həmin ölkədən Azərbaycana virusun gətirilməsi ehtimalı da azdır.
C.İsayev əlavə edib ki, koronavirusa yoluxan şəxslərin analizləri Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində testlər vasiəsilə aparılır.
Xatırladaq ki, hazırda Kliniki Tibbi Mərkəzdə koronavrusla əlaqədar iki nəfər müalicəsini davam etdirir.
Səhiyyə Nazirliyinin məlumatına görə, 1996-cı il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə 19 yanvar tarixində Çində olub: "Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq. 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Çində təhsil alır: "Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq. Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar".