İspaniyanın Barselona bələdiyyəsi Tel-Əviv rejimi ilə institusional əlaqələrini dayandırdığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İspaniyanın Barselona Bələdiyyəsi Qəzza zolağında daimi atəşkəs əldə olunana və Fələstin xalqının əsas hüquqları BMT-nin qətnamələri ilə təmin olunana qədər İsraillə institusional əlaqələri dayandırdığını açıqlayıb.
Bundan əvvəl Sosialist İşçi Partiyasının lideri və hazırkı baş nazir Pedro Sançez demişdi ki, yeni azlıq sol koalisiya hökumətinin prioriteti Fələstin dövlətini tanımağa çalışmaq olacaq.