Baqiri: Sionistlərin Məscidül-Əqsaya təcavüzü gərginliyi artırmaq məqsədi daşıyır

Baqiri: Sionistlərin Məscidül-Əqsaya təcavüzü gərginliyi artırmaq məqsədi daşıyır

İran Xarici İşlər Nazirliyinin rəhbəri qondarma İsrail rejiminin bəzi nazirləri və sionist mühacirlərin Məscidül-Əqsaya təvavüzünü pisləyib, bunu regionda gərginlik və qeyri-sabitliyi artırmaq üçün təxribat xarakterli hərəkət hesab edib.

Az.rasthaber.com xəbər verir ki, Əli Baqiri avqustun 13-ü çərşənbə axşamı gecəsi X sosial şəbəkəsində yazıb:

“Qondarma İsrail rejiminin bəzi nazirləri və sionist mühacirlərin Məscidül-Əqsaya təcavüzü İslam müqəddəslərinin və dünya müsəlmanlarının hüquqlarının açıq şəkildə pozulması, regionda gərginliyi və qeyri-sabitliyi artırmağa yönəlmiş təxribatçı bir hərəkətdir.”

 

“Bu qeyri-qanuni və təxribat xarakterli hərəkət pislənir, xüsusilə İslam dövlətləri və müsəlman xalqları tərəfindən qlobal reaksiyaya layiqdir” - deyə, o, əlavə edib.

 

Baqiri vurğulayıb ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar sionist rejimin beynəlxalq qanun və qaydaları pozan vəhşi hərəkətlərini dayandırmaq üçün obyektiv və dərhal məsuliyyət daşıyırlar.

Xəbəri paylaş

VİDEOLAR