Baqiri: İran özünün müvafiq cavab vermək hüququnda israrlıdır

Baqiri: İran özünün müvafiq cavab vermək hüququnda israrlıdır

İranın Xarici İşlər naziri vəzifəsinin icraçısı İsmayıl Həniyyənin şəhadəti ilə bağlı verdiyi mesajda yazıb: “İran İslam Respublikası bu mənfur cinayəti ən sərt şəkildə pisləyir və özünün müvafiq cavab vermək hüququnu vurğulayır.”

A.rasthaber.com xəbər verir ki, İranın Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri sosial şəbəkədəki şəxsi səhifəsində yazıb:

“Fələstin müqavimətinin iftixarlı lideri, Qüds şəhidi general-leytenant Hacı Qasım Süleymaninin qədim dostu İsmayıl Həniyyənin qorxaqcasına terror edilməsi Fələstin xalqı və qəhrəman müqavimətini, İslam dünyasını və bütün azadlıqsevər insanları işğal və soyqırıma qarşı şərəfli cihad yolunda daha əzmkar edəcək.”


Baqiri əlavə edib: “Şəhid Həniyyə Fələstin xalqının rəhbərlərindən biri və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququ uğrunda qanuni mübarizənin lideri kimi İranın seçilmiş Prezidentinin andiçmə mərasimində İran xalqı və hökumətinin rəsmi qonağı idi. İşğal altındakı Fələstin torpağını qəsb etmiş terrorçu mafiyanın törətdiyi terror aktı beynəlxalq hüququn prinsip və qaydalarının, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin kobud şəkildə pozulması, İran İslam Respublikasının milli təhlükəsizliyi və ərazi bütövlüyünə hörmətsizlikdir.”

Xəbəri paylaş

VİDEOLAR