Baqiri: İran hal-hazırda fövqəladə hərbi gücə malikdir

Baqiri: İran hal-hazırda fövqəladə hərbi gücə malikdir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Baqiri bütün sanksiyalara baxmayaraq İranın fövqəladə hərbi gücə malik olduğunu bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Məşhəddə keçirilən İnqilab Keşikçiləri Dəniz Qüvvələri komandanlarının toplantısında iştirak edib.

General-mayor Baqiri açıqlamasında, İnqilab Keşikçiləri Korpusunun güclü donanmasının son 4 ildə böyük irəliləyiş əldə etdiyini bildirərək, “İran İslam Respublikasının çəkindirici gücü əvvəlkindən də çox artıb”, - deyə vurğulayıb.

“İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri Fars körfəzi və Hörmüz boğazında ölkəmizin təhlükəsizliyini və maraqlarını qorumaq üçün vəzifələrini yerinə yetirir”, - deyən Baqiri İran Hərbi Dəniz Qüvvələrinin bu strateji bölgədə güclü təhlükəsizliyi təmin etdiyinə diqqət çəkib.

İranın düşmənin bütün sanksiyalarına və maksimum təzyiqinə baxmayaraq fövqəladə hərbi güc əldə etdiyini açıqlayan Bakiri deyib: “Bu gün Fars körfəzi, Hörmüz boğazı və Ərəb dənizində təmin edilən təhlükəsizlik və sabitlik İran tarixində misilsizdir".

Xəbəri paylaş

VİDEOLAR