Balakəndə silahlı insident: 5 yaralı

Balakəndə silahlı insident: 5 yaralı

Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insident nəticəsində 5 nəfər yaralanıb.

Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insident nəticəsində 5 nəfər yaralanıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yerli KİV-in məlumatına görə, ötən gün axşam saatlarında kənd sakini ailə üzvlərinə aətş açıb.

“İnsident nəticəsində 5 nəfər yaralanıb. Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. İki qadın və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. 59 yaşlı kişinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra qohumlarına təhvil verilib”, - deyə məlumatda bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə (qəsdən adam öldürməyə cəhd) cinayət işi başlanıb.

Xəbəri paylaş

VİDEOLAR