Bakıda 3 xarici ölkə vətəndaşı yanğın zamanı tüstüdən boğularaq ölüb.
Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ölüm hadisəsilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, gecə saatlarında Səbail rayonu ərazisindəki kirayədə yaşayan əcnəbilər birotaqlı mənzildəki yanğın nəticəsində tüstüdən boğulublar.
Qeyd olunur ki, hər üç qız yatmış vəziyyətdə tüstüdən boğularaq ölüblər.
Onların Bakıda fəaliyyət göstərən Qərbi Xəzər Universitetinin tələbələri olduğu önə çəkilir.
Yerli medianın məlumatına görə, tələbələr Tarukki Amaya, Tausi Jayavodi və Malişi Tayuki Şri-Lanka vətəndaşlarıdır.
İlkin qənaətə görə, yanğın elektrik naqilində qısa qapanma nəticəsində baş verib.