Bakıda avtobus qəzaya uğradı: Xəsarət alanlar var

Bakıda avtobus qəzaya uğradı: Xəsarət alanlar var

Bakının Suraxanı rayonunda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, xəsarət alanlardan 2-si azyaşlıdır.

Xəsarət alanlar 3 saylı şəhər xəstəxanasına çatdırılıb, onların müalicələri davam edir, nazirlik bildirir.

Səhər saatlarında baş vermiş hadisədə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) 104 nömrəli sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Bakı Nəqliyyat Agentliyindən deyirlər ki, "ilkin ehtimallara görə minik avtomobilinin sürücüsü yuxulu vəziyyətdə olub".

Qurum hadisənin səbəblərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını bildirir.

Xəbəri paylaş

VİDEOLAR