Bakıda 3-cü mikrorayon adlanan ərazidə yanğln - VİDEO

Bakıda 3-cü mikrorayon adlanan ərazidə yanğln - VİDEO

Bakıda 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib

Rasthaber Azərbaycan xəbər verir ki, 3-cü mikrorayon bazarı adlanan ərazidə yanğın baş verib.

FHN-in Mətbuat Xidməti bu haqda məlumatında qeyd edir ki, yanğın Nəsimi rayonunda yerləşən "3-cu mikrorayon bazarı" kimi tanınan ərazidə baş verib. Yanğınla bağlı məlumat daxil olduqdan 4 dəqiqə sonra, yəni saat 17:33-də ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb.

Yanğının mürəkkəbliyinə, ərazidə yüksək yanğın riskli çoxsaylı obyektlərin mövcudluğuna baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı və şücaəti sayəsində yanğının böyük əraziyə yayılmasına və daha böyük faciəyə səbəb olmasına imkan verilməyib. Belə ki, yanğın saat 18:00-da, yəni ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatandan 27 dəqiqə sonra məhdudlaşdırılıb və saat 18:19-da tam söndürülüb.

 Ümumilikdə 6100 kv.m-dən artıq sahəsi olan bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb. Bazarın qalan hissəsi yəni, 5800 kv.m-dən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətindən 17 ədəd texnika və 75 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 8 ədəd texnika və 66 nəfər canlı qüvvə cəlb edildiyi də məlumatda əks olunub.

Xəbəri paylaş

VİDEOLAR