Bakı-Məşhəd uçuşları başladı - Səfir

Bakı-Məşhəd uçuşları başladı - Səfir

İranın Azərbaycan Respublikasındakı səfiri Bakı-Məşhəd birbaşa uçuşlarının başlanmasından xəbər verib.

Rasthaber Azərbaycan xəbər verir ki, İranın Azərbaycan Respublikasındakı səfiri Cəvad Cahangirzadənin sözlərinə görə, bu gün təyyarənin Bakı beynəlxalq hava limanından Məşhəd şəhərinə doğru uçuşu ilə bu iki şəhər arasında birbaşa hava reysləri başlayıb.

"Bu hava reysini Azərbaycan Respublikasının "Buta Airways" aviasiya şirkəti və "Baku Star" turizm şirkəti bir iranlı şirkətin həmkarlığı ilə açıblar", - deyə səfir əlavə edib.

İranın Azərbaycan Respublikasındakı səfiri sözlərinin davamında deyib: "Bu uçuşlar İran-Azərbaycan Respublikası əlaqələrinin daha da genişləndirilməsi məqsədilə həftədə iki dəfə- bazar ertəsi və cümə axşamı günlərində həyata keçiriləcək."

Xəbəri paylaş

VİDEOLAR