Bahçelidən Suriyaya hücum istəyi: Yansın Suriya, yıxılsın İdlib...

Bahçelidən Suriyaya hücum istəyi: Yansın Suriya, yıxılsın İdlib...

Türkiyə MHP partiyasının sədri Devlet Bahçeli Suriya ilə bağlı açıqlama verib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə MHP partiyasının sədri Devlet Bahçeli Suriya ilə bağlı açıqlama verib.

O açıqlamasında “Zalimlər qana doymamışdır. Övladlarımızı qətlə yetirməyə davam edir. İnşaatı davam edən hava limanında çalışan hərbçilərimizə hücum ediblər. Qanlı Suriya rejimi bir tərəfdən məsum vətəndaşları, bir tərəfdən Türk əsgərlərini hədəf almışdır. Qadil Əsəd rədd olub gedənə qədər, ürəyimiz soyuan deyil. Əsəd qatildir, düşmənçiliyin qaynağıdır. Həm Suriyanı, həm Türkiyəni eyni anda idarə etmək istəyən Rusiyanın niyyəti təmiz deyil. Hökümətin Rusiya ilə əlaqələrə yenidən baxmalıdır.”, -deyə bildirib.

Bahçeli daha sonra deyib: “Siyasi danışıqlar aldatmadır. Əsəd taxtından endirilmədən, nə Suriya nə də Türkiyəyə sabitlik gələn deyil. Türk milləti başqa variant olmasa Şama girməyi planlamalı, zalimləri yerlə yeksan etməlidir. Yansın Suriya, yıxılsın İdlib, məhv olsun Əsəd”.

Xəbəri paylaş

VİDEOLAR