Bağdadda polis və hərbçilər yüksək döyüş hazırlığına gətirildi

Bağdadda polis və hərbçilər yüksək döyüş hazırlığına gətirildi

Hökumət məsələ ilə bağlı ictimaiyyət üçün aydınlıq gətirib.

Rasthaber İraq mediasına istinadən xəbər verir ki, Bağdadda yerləşdirilmiş polis və hərbi hissələr şənbə günü gecə saatlarında yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

İraq təhlükəsizlik orqanlarındakı mənbələrdən bildirilib ki, qərar Baş nazir Mustafa əl-Kazımi tərəfindən qəbul edilib.

Hökumət məsələ ilə bağlı ictimaiyyət üçün aydınlıq gətirib.

Baş nazirin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəsul bəyan edib ki, paytaxtda vəziyyət sabitdir, əl-Kazıminin tapşırığı isə təhlükəsizlik strukturlarının “gündəlik fəaliyyətinin bir hissəsidir”.

Xəbəri paylaş

VİDEOLAR