Bağdadın şərqində Daxili İşlər Nazirliyinin bina kompleksində yerləşən “Haşd əş-Şaabi”nin qərargahına hücum edilib.
Az.rasthaber.com xəbər verir ki, İraq mediasının məlumatına görə, Bağdadın şərqində Daxili İşlər Nazirliyinin bina kompleksində yerləşən Həşd əş-Şaabi qərargahına hücum edilib.
İraq təhlükəsizlik mənbəsi Reuters xəbər agentliyinə bildirib ki, partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Əl-Cəzirə televiziyasına danışan Haşd əş-Şabidən olan bir mənbə də bu hücuma görə Amerikanın məsuliyyət daşıdığını bildirib.
Hücum zamanı yüksək rütbəli komandirlərdən biri El Hajj Abu Takavi və qrupun 12-ci briqada komandirinin şəhid olduğu bildirilib.
Hücumla bağlı açıqlanan detallara görə, hücum 3-ü eyni anda atılan 4 raketlə həyata keçirilib.
Hücumdan sonra İraq Milli Təhlükəsizlik Nazirlər Şurası bu gün baş nazir Məhəmməd Sudaninin sədrliyi ilə toplanacaq.