İraq paytaxtında "Haşdi Şabi"nin ofislərindən birinə hücum edilib.
Rasthaber Azərbaycan xəbər verir ki, İraq paytaxtında "Haşdi Şabi"nin ofislərindən birinə hücum edilib.
Al Sumaria telekanalının verdiyi məlumata görə, İraq Vahid Əməliyyat Komandanlığı bəyanat yayaraq (dünən) Bağdadın mərkəzinə dörd katyuşa raketi atıldığını bildirib. Məlumata görə, mərmilərdən biri "Həşdüş-Şabi"nin Fələstin prospektində yerləşən Dəstək və Logistika Qərargahına dəyib.
Nəticədə bu qüvvələrin bir neçə avadanlıq və texnikası sıradan çıxıb.
Bəyanatda əlavə edilir ki, digər üç raket də Bağdadın "Yaşıl Zona"sına düşüb.
İraq Birgə Əməliyyat Komandanlığının məlumatına görə, bu hücumlar zamanı ölən və yaralanan olmayıb.