Bağdadda 4 partlayış

Bağdadda 4 partlayış

İraq paytaxtı Bağdadda dünən 4 partlayış baş verib.

Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, İraq paytaxtı Bağdadda dünən 4 partlayış baş verib.

Məlumata görə, 4 fərqli yerlərdə baş verən partlayışlarda 7 nəfər yaralanıb.

Qeyd edilri ki, Bağdadın Qahirə bölgəsində yol kənarına yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 qadın və 1 kişi yaralanıb.

Hürriyə səmtində baş verən partlayışda isə 2 nəfər partlayışın gücündən müxtəlif bədən xəsarətlərilə xəstəxanaya çatdırılıb.

Bağdadın şimalında Cukuk bölgəsində yol qırağında baş vermiş partlayış zamanı 1 nəfər ağır yaralandığı qeyd edilir.

Bağdadın əl-Cədidə bölgəsində kafedə törədilmiş partlayış zamanı 2 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR