Bu haqda İraq və İran KİV məlumat yayıb
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasim Süleymani və Haşdi Şəbi təşkilatının sədr müavini Əbuməhdi Əlmuhəndisin xatirə kompleksi Bağdad beynəlxalq hava limanında ucaldılıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İraq xalqının müxtəlif təbəqələrinin nümayəndələri dünən general Süleymaninin və Əbuməhdi Əlmuhəndisin Bağdad hava limanında şəhid olduqları məkana gələrək, müqavimət şəhidlərinə təşəkkür ediblər.
2020-ci il yanvarın üçündə İraq rəsmilərinin rəsmi dəvəti ilə bu ölkəyə səfər edən İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasim Süleymani İraqın Haşdi Şabi təşkilatının sədr müavini Əbuməhdi Əlmuhəndis, həmçinin digər 8 nəfər ABŞ Ordusu tərəfindən sui-qəsd nəticəsində qətlə yetiriliblər.