Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyaya uçuşları bərpa edəcəyini açıqlayıb. BƏƏ-nin rəsmi xəbər agentliyi WAM tərəfindən verilən açıqlamada iki ölkə arasında hava nəqliyyatının bərpası üçün lazımi səylərin davam etdiyi və bu prosesdə birgə koordinasiyanın davam etdiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsi BƏƏ ilə Suriya arasında uçuşların bərpa olunacağını açıqlayıb.
Qurumun məlumatına görə, 13 illik fasilədən sonra uçuşların bərpası üçün lazımi prosedurların tamamlanması üçün birgə koordinasiya səyləri davam edir.
Terror təşkilatı HTŞ lideri və Suriya prezidenti Əhməd Şəra dünən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.