İran Prezidenti İbrahim Rəisi Ümumdünya İqlim Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliyinə dəvət olunub.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ISNA İran Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, BƏƏ rəsmiləri İran prezidentini BƏƏ-də keçiriləcək Ümumdünya İqlim Sammitində iştirak etməyə dəvət ediblər.
Məlumata görə, İran Prezidentinin bununla bağlı planının necə olacağı hələ bilinmir.