BƏƏ İsrail əqarşı boykot qərarını ləğv etdi

BƏƏ İsrail əqarşı boykot qərarını ləğv etdi

Boykotla bağlı qərar 1972-ci ildən qüvvədə idi.

 Rasthaber xəbər verir ki, BƏƏ prezidenti Xəlifə bin Zeyd Ali-Nəhəyyan İsrailə qarşı iqtisadi boykotun ləğvi barədə fərman verib.

Bu addım BƏƏ və İsrail arasındakı münasibətlərin normallaşdırılması qərarının fonunda atılıb.

Qeyd edək ki, boykotla bağlı qərar 1972-ci ildən qüvvədə idi.

Göstərişə əsasən, artıq BƏƏ-dəki şirkətlər və fərdi sahibkarlar İsrail şirkətləri ilə ticari və maliyyə sazişləri bağlaya, İsrail BƏƏ-yə istənilən məhsul və malları gətirə və ərəb ölkəsi ərazisində bunlarla ticarət edə bilər.

Xatırladaq ki, bir müddət öncə İsrail və BƏƏ arasında münasibətlərin normallaşmasına dair razılıq əldə edilb. Bu, Fələstin və bir çox müsəlman ölkələri tərəfindən etirazlara səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR