BƏƏ İrandan üzr istədi

BƏƏ İrandan üzr istədi

BƏƏ hücum etdiyi gəmilərə görə İslam Respublikasından üzr istəyib

Rasthaber xəbər verir ki,  BƏƏ hökuməti İrana məxsus bir neçə balıqçı gəmisinə hücuma görə İrandan üzr istəyib və dəyən ziyanı ödəməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, bir neçə gün öncə BƏƏ sahib mühafizəsi İrana məxsus balıqçı gəmilərinə hücum edərək 2 balıqçını qətlə yetirib, 1 gəmini isə ələ keçirib.

BƏƏ-nin Tehrandakı nümayəndəsini İran XİN-ə çağırılıb: tutulanların azad edilməsi, gəminin buraxılması, cəsədlərin verilməsi və təzminatın ödənməsi tələb edilib. Gəmi və saxlanılan şəxslər sərbəst buraxılıb, hazırda cəsədlərin təhvil verilməsinin hüquqi tərəfi həyata keçirilir.

Xəbəri paylaş

VİDEOLAR