BƏƏ suverenliyə qarşılıqlı hörmət əsasında Türkiyə ilə münasibətlərin normallaşdırılmasının lehinədir.
Rasthaber xəbər verir ki, bu barədə BƏƏ-nin XİN başçısı Ənvər Qarqaş bildirib.
O qeyd edib ki, Əmirliklərin Ankara ilə münaqişə və ziddiyətlər üçün əsası yoxdur.
Nazir Türkiyənin “Müsəlman qardaşlar” (MQ) ilə əlaqələrinə skeptik münasibətini ifadə edib və Əbu-Dabinin Ankaranın MQ ilə kontaktlarına qarşı olduğunu əlavə edib.
“Biz Türkiyənin Ərəb dünyası ilə yenidən münasibətlər oxunu düzəltməsinin lehinəyik”, – deyə o bildirib.
Xatırladaq ki, Qarqaş daha öncə demişdi ki, BƏƏ Yaxın Şərqdə Türkiyənin əsas ticarət həmkarıdır.