Azur Air aviaşirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib

Azur Air aviaşirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib

Sərnişinlər aeroportda olacaqları müddət ərzində qida və içki ilə təmin ediləcəklər.

Rasthaber Azərbaycan İnterfaks-a istinadən xəbər verir ki, Rusiyanın “Azur Air” aviaşirkətinə məxsus “Boeing-757” təyyarəsi texniki problemlər səbəbindən bu gün Bakı hava limanına məcburi eniş edib.

“Rusiyanın “Azur Air” aviaşirkətinə məxsus olan və Qoa-Moskva reysini yerinə yetirən “Boeing-757” təyyarəsi Bakı vaxtı ilə saat 11:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib”, - deyə hava limanının mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.

Sərnişinlər aeroportda olacaqları müddət ərzində qida və içki ilə təmin ediləcəklər.

““Azur Air” aviaşirkəti sərnişinlərin qayıtması üçün əlavə təyyarə göndərəcək”, - deyə məlumatda qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR