“Azərpoçt” adi iş rejiminə keçib

“Azərpoçt” adi iş rejiminə keçib

“Azərpoçt” MMC-nin bütün poçt şöbələrinin fəaliyyəti adi iş rejiminə uyğun olaraq bərpa edilib.

“Azərpoçt” MMC-nin bütün poçt şöbələrinin fəaliyyəti (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) adi iş rejiminə uyğun olaraq bərpa edilib. Bu barədə cəmiyyətin mətbuat xidmətinin məlumatında deyilir.

“Əsas məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi və operativliyin təmin olunmasıdır”, - deyə məlumatda bildirilir.

Bakıda və regionlarda yerləşən poçt şöbələri ilə yanaşı, “Şəbəkə” xidmət mərkəzləri də bazar günü daxil olmaqla hər gün saat 09:00-dan 17:00-a qədər vətəndaşlara xidmət göstərəcək.

Xüsusi karantin rejimi şəraitində “Azərpoçt” vətəndaşlara səyyar xidmətlər göstərirdi

Xəbəri paylaş

VİDEOLAR