Azərbaycanla vəhdətimizi sarsıtmaq istəyənlərə imkan vermərik - Təbrizin İmam Cüməsi

Azərbaycanla vəhdətimizi sarsıtmaq istəyənlərə imkan vermərik - Təbrizin İmam Cüməsi

Vəliyi-fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbriz şəhərinin imam cüməsi Höccətül-islam Seyid Məhəmmədəli Ali-Haşim Aəzrbaycan Respubilkasında gedən son dezinformasiyalara münasibət bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Təbrizin İmam Cüməsi Ali-Haşim İmam cümələrin beynəlxalq məsələlərə müdaxilə etmədiklərini və sadəcə xalqın sözünü əks etdirdiklərini deyib. Təbrizin imam cüməsi İranın heç bir ölkənin daxili işlərinə qarışmadığını vurğulayıb digər ölkələrdən də bunu gözlədiyini deyib.

Vəliyi-fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi sionist rejimin qardaş İran və Azərbaycan xalqları arasında ixtilaf salmaq cəhdləri barədə xəbərdarlıq edib və əlaqələri bu kimi təhlükələrdən qorumağa çağırıb.

Höccətül-islam Seyid Məhəmmədəli Ali-Haşim bildirib ki, İran xalqı Azərbaycan xalqı ilə olan vəhdətə qarşı hərhansı təxribata imkan verməyəcək.

Xəbəri paylaş

VİDEOLAR