Azərbaycanın Türkiyədəki Səfirliyi bu ölkədəki tələbələrinə yardım kampaniyasına başlayır

Azərbaycanın Türkiyədəki Səfirliyi bu ölkədəki tələbələrinə yardım kampaniyasına başlayır

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə çətinliklə üzləşən vətəndaşlarımızın qeydiyyatını aparır

Bütün dünyada, o cümlədən Azərbaycanda yayılmış yeni növ korona virusu (Covid-19) pandemiyası ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında vətəndaşların sağlamlığının təmin olunması üçün zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

  Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, qardaş ölkədə ehtiyacı olan vətəndaşlara yardım etmək məqsədilə onlayın qeydiyyat keçirilir.

  Məlumatda bildirilir ki, Türkiyə respublikasında da korona virusu pandemiyası ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən burada yaşayan bəzi Azərbaycan vətəndaşları, xüsusilə də öz hesabına Türkiyədə təhsil alan tələbələr müəyyən bir qisim məişət və inzibati zəminli müxtəlif problemlərlə üzləşir. Hazırkı vəziyyətin davam etdiyi şəraitdə (iki ölkə arasında hava və quru yolu ilə səfərlər bərpa olunanadək) yaşayış yerindən çıxarılmış və ya qida təminatı ilə bağlı ciddi sıxıntı ilə üzləşmiş Azərbaycan vətəndaşlarına (müvafiq təsdiqedici sənədlər təqdim olunmaq şərti ilə) müvəqqəti dövr ərzində yardım edilməsi imkanları nəzərdən keçirilir. Bunun üçün aidiyyəti vətəndaşlardan aşağıdakı keçid vasitəsilə zəruri məlumatları doldurmaqla müraciət etmələri xahiş olunur. Qeydiyyat formasına keçid:

https://tinyurl.com/rlpgpa2

  Müraciətlər diplomatik nümayəndəlikdə təhlil olunduqdan sonra yardıma ciddi ehtiyacı olan vətəndaşlarla əlaqə saxlanılacaq və ehtiyacdan asılı olaraq onlar üçün Türkiyə respublikasında hazırda olduqları ərazidə yaşayış yeri və (və ya) gündəlik qida təminatının təşkil edilməsi imkanlarına baxılacaq.

  Səfrilik onu da bildirir ki, yuxarıda qeyd olunmuş kateqoriyalara daxil olmayan vətəndaşların müraciət etməmələri ilə bağlı anlayışlarına görə öncədən təşəkkür olunur.

Xəbəri paylaş

VİDEOLAR