Azərbaycanın Livana ayıracağı maliyyə yardımının miqdarı məlum oldu

Azərbaycanın Livana ayıracağı maliyyə yardımının miqdarı məlum oldu

Maliyyə Nazirliyinə bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılır.

Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Beyrutda çoxsaylı insan tələfatı və iri miqyaslı dağıntılara səbəb olan partlayış ilə əlaqədar Livana maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Livan Respublikasına maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 milyon ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq.

Maliyyə Nazirliyinə bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılır.

Xəbəri paylaş

VİDEOLAR