Azərbaycanın Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

Azərbaycanın Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

Azərbaycan Ordusunun Kəlbəcər rayonunda yerləşən mövqeləri atəşə tutulub.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
 

 

Xəbəri paylaş

VİDEOLAR