İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə silahlı basqın edən şəxs barəsində ölüm hökmü çıxarılıb.
Az.rasthaber.com MEHR-ə istinadən xəbər verir ki, İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə silahlı basqın edən şəxs barəsində ölüm hökmü çıxarılıb.
İran Ədliyyəsinin verdiyi açıqlamaya görə, 2023-cü il yanvarın 27-də səhər saatlarında silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə hücum edib. Hücum zamanı azərbaycanlı mühafizəçi həlak olub, iki nəfər yaralanıb.
Tehran Cinayət Prokurorluğu "xarici vətəndaşı qəsdən öldürmə", "qanunsuz silah və sursat saxlama" və "ictimai asayişi pozma" kimi ittihamlarla hücumçuya ən ağır cəza verilməsini istəyib.
Məhkəmə prosesi başa çatdıqdan sonra məhkəmə hücum edənə ölüm hökmü (qisas almaq) verib. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib və hökm 2025-ci il mayın 21-də səhər icra olunub.