Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İranın Ərdəbil əyalətinə səfəri çərçivəsində Ayətullah Xameneinin bu əyalət üzrə nümayəndəsi Seyid Həsən Amili ilə görüşüb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Ərdəbil əyalətinə səfər edib.
Səfər çərçivəsində Ə.Əlizadə İranın Ali Lideri Ayətullah Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi seyid Həsən Amuli ilə görüşüb.
Ərdəbil əyalətinin ostandarı ilə görüşdə ikitərəfli əlaqələr ətrafında müzakirələr aparılıb və Ərdəbil əyalətinin Azərbaycan-İran əməkdaşlığı istiqamətində rolu və potensialı müzakirə edilib.