Azərbaycanın Əfqanıstandakı səfiri vəzifəsinin icrasına başlayıb

Azərbaycanın Əfqanıstandakı səfiri vəzifəsinin icrasına başlayıb

Azərbaycanın Kabildəki səfiri İlham Məmmədov vəzifəsinə Talibanın xarici işlər nazirinin müavini Əmirxan Müttəqiyə etimadnaməni təqdim etməklə başlayıb.

Az.rasthaber.com xəbər verir ki, Əfqanıstandakı “Taliban” hərəkatının Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Azərbaycanın Kabildəki səfiri İlham Məmmədov etimadnaməni xarici işlər naziri Əmirxan Müttəqiyə təqdim edərək vəzifəsinin icrasına başlayıb.

Taliban 2021-ci ilin avqustunda paytaxt Kabilə girdikdən sonra Əfqanıstanda yeni dövr başlayıb.

Xəbəri paylaş

VİDEOLAR