Azərbaycanın bəzi diplomatik nümayəndəliklərində koronavirusa yoluxma var

Azərbaycanın bəzi diplomatik nümayəndəliklərində koronavirusa yoluxma var

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də yolxuma halları müşahidə edilib.

Rasthaber Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, 12 saylı cəzaçəkmə müəssisəndə 11 məhkum, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkum, 4 saylı cəzaçəkmə müəssisəsində 2 məhkumda testin nəticələri müsbət çıxıb.

Hikmət Hacıyev eyni zamanda bildirib ki Azərbaycanın Əfqanıstanda olan sülhməramlılarından bir nəfərdə yoluxma halı müəyyən edilib və dərhal karantinə alınıb: "Onun Azərbaycana gətirilməsi təmin olunub".

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın səfirliklərinin əməkdaşları arasında da yoluxma halları qeydə alınıb: "Bundan əlavə, onların ailə üzvlərindən də yoluxanlar var. Buna baxmayaraq Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir".

Xəbəri paylaş

VİDEOLAR