Azərbaycanın 2 güləşçisi DÇ-da yarımfinala yüksəldi

Azərbaycanın 2 güləşçisi DÇ-da yarımfinala yüksəldi

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Rasthaber Azərbaycanın məlumatına görə, altıncı yarış günündə Azərbaycanın daha 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli Vikas Vikas (Hindistan) və Firuz Mirzərəcəbova (Tacikistan) qalib gələrək yarımfinala yüksəlib. Həsrət Cəfərov (67 kq) Nestori Mannila (Finlandiya), Luka Oçiqava (Gürcüstan) və Muslim İmadayevə (Rusiya) gücünü göstərərək yarımfinala adlayıb.

72 kq-dakı Xasay Həsənli Mixael Portmanı (İsveçrə) məğlub etsə də, Giorgi Çixikvadze (Gürcüstan) ilə bacarmayıb. Murad Əhmədəliyev (82 kq) isə ilk görüşdə Saba Mamaladzeyə (Gürcüstan) uduzub.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.

Xəbəri paylaş

VİDEOLAR