Azərbaycandakı ABŞ səfirliyi vətəndaşlarına xəbərdarlıq etdi: Abşeronu tərk etməyin

Azərbaycandakı ABŞ səfirliyi vətəndaşlarına xəbərdarlıq etdi: Abşeronu tərk etməyin

25 sentyabr axşamı ABŞ-ın Bakıdakı səfirliyinin saytında ABŞ vətəndaşlarına bir müraciət dərc olunub.

Rasthaber Azərbaycan Turana istinadən bildirir ki, məlumatda  deyilir:

“ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədinin bir hissəsi boyunca artan gərginlik və son zorakılıqlar səbəbindən Abşeron yarımadasını tərk etmə planlarına yenidən baxmağa çağırır”.

ABŞ-ın Bakıdakı səfirliyi ABŞ səfirliyi işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb.

ABŞ vətəndaşlarına yerli xəbərləri və tədbirləri izləməyə davam etmələri tövsiyə olunur. Səfirlik ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatlı olmağa və hər hansı bir kütləvi nümayişdən çəkinməyə çağırır. "Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək ”deyə müraciətdə bildirilir.

Xəbəri paylaş

VİDEOLAR