Mingəçevirdə zəlzələ olub.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Mingeçevir stansiyasından 27 km şimal-qərbdə Mingəçevir şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Mingəçevir, Gəncə, Yevlax, Goranboy və digər ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Fövqəladə Hallar Nazirliyi Azərbaycanda baş verən zəlzələ barədə açıqlama yayıb.
FHN Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb.