Azərbaycanda yüksək texnologiyalar sahəsində Abşeron Vadisini yaratmaq istəyirlər

Azərbaycanda yüksək texnologiyalar sahəsində Abşeron Vadisini yaratmaq istəyirlər

Azərbaycan prezidentinin köməkçisi Abşeron Vadisinin yaradılmaslında böyük potensialın olduğunu hesab edir.

Azərbaycan prezidentinin köməkçisi Şahmar Mövsümov yüksək texnologiyalar sahəsində ölkədə Abşeron Vadisinin yaradılmaslında böyük potensialın olduğunu hesab edir.

“Biz “Microsoft” şirkətini daha da fəal olmağa çağırırıq. Hesab edirik ki, Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olmaq üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədilə böyük potensialı var”, - Mövsümov Azərbaycan prezidenti İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq ilə videokonfransı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu məsələdə “Microsoft” şirkətinin fəal iştirakını yüksək qiymətləndirir.

Mövsümov əlavə edib ki, hazırda Azərbaycan biz innovativ yanaşmalar əsasında iqtisadi inkişafa nail olmaq üçün innovasiya strategiyası üzərində işləyir.

interfaks

Xəbəri paylaş

VİDEOLAR