Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsi mümkündürmü? - Peskov cavabladı...

Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsi mümkündürmü? - Peskov cavabladı...

Peskov Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsi mümkünlüyü barədə danışıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsi mümkünlüyünü şərh edərək bildirib ki, NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunun yerləşdirilməsi Moskvanın öz təhlükəsizliyini təmin etmək məqsədilə addımlar atması üçün bir səbəbdir.

“İstənilən halda, alyansa üzv olan ölkələrin sərhədlərimiz yaxınlığında hərbi infrastruktur obyektlərinin açılması bizim xüsusi diqqət göstərməyimiz, eləcə də təhlükəsizliyimizi və maraqlarımızı təmin etmək məqsədilə addımlar atmağımız üçün bir səbəbdir”, - deyə o, NATO üzvü olan Ankaranın bu qərarının Kreml üçün “qırmızı xətt” olub-olmaması ilə bağlı jurnalistlərin sualına cavab olaraq bildirib.

Xəbəri paylaş

VİDEOLAR