Azərbaycanda Qurban bayramı namazı məscidlərdə qılınacaqmı?

Azərbaycanda Qurban bayramı namazı məscidlərdə qılınacaqmı?

Dünyada pandemiyaya görə, bir çox ölkələrdə Qurban Bayramının namazı qılınmayacaq.

 Azərbaycanda sərt karantin rejimi davam edir, lakin müsəlmanları düşündürən suallardan biri də, bayram namazı ilə bağlı hansısa açıqlama və ya yenilik olacaqmı?

Rasthaber Azərbaycan xəbər verir ki, az.shafaqna.com Azərbaycanın Qafqaz Müsəlmanları İdarəsi ilə bu məsələni dəqiqləşdirmək üçün əlaqə saxlayıb.

QMİ məscidlərin pandemiyaya görə bağlı olduğunu xatırladaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş qərarları da nəzərə alınmaqla Qurban bayramı namazının icra edilməyəcəyini bildirib.

Qeyd edək ki, Qurban bayramının namazını fərdi şəkildə qılınması tövsiyə olunur.

Qurban bayramı necə qılınır?

Qurban bayramı namazı iki rəkətdir.

Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir.

İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.
Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: “Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun“.

Xəbəri paylaş

VİDEOLAR