Ölkədə son sutka ərzində 11796, hazırkı dövrədək isə 1479638 test aparılıb.
Rasthaber xəbər verir ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 70 216 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 51 986 nəfər müalicə olunaraq sağalıb, 905 nəfər vəfat edib, aktiv xəstə sayı 17 325 nəfərdir.
Ölkədə son sutka ərzində 11796, hazırkı dövrədək isə 1479638 test aparılıb.
Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 74.04 faizi sağalıb, 24.67 faiz isə aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 70 216 nəfərin 1.29 faizi (905 nəfər) dünyasını dəyişib.