Azərbaycanda koronavirusun statistikası: 332 yoluxma, 573 sağalma

Azərbaycanda koronavirusun statistikası: 332 yoluxma, 573 sağalma

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 29312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 21547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib. Aktiv xəstə sayı 7365 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9037, ötən müddət ərzində isə 667 819 test aparılıb.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  73.51 faizi sağalıb. Yoluxanlardan 25.13 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni 29312 nəfərin 1.36 faizi ( 400 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.

Xəbəri paylaş

VİDEOLAR