Azərbaycanda koronavirusla bağlı son vəziyyət: Say, faizlər

Azərbaycanda koronavirusla bağlı son vəziyyət: Say, faizlər

Son sutkada koronavirusdan 2 nəfər vəfat edib.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, 2 069 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 384, bu günə qədər isə ümumilikdə 910 890 test icra olunub.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 92.82 faizi sağalıb. Yoluxanlardan 5.72 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  36174 nəfərin 1.46 faizi (529 nəfər) dünyasını dəyişib.

Xəbəri paylaş

VİDEOLAR