Azərbaycanda koronavirusdan sağalanların sayı 90 faizə yaxınlaşır

Azərbaycanda koronavirusdan sağalanların sayı 90 faizə yaxınlaşır

Azərbaycanda 105 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30056 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib, aktiv xəstə sayı 2937 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 test aparılıb.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  89.77 faizi sağalıb. Yoluxanlardan 8.77 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların =  yəni  33481 nəfərin 1.46 faizi (488 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.

Xəbəri paylaş

VİDEOLAR