Azərbaycanda koronavirus infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Az.shafaqna.com xəbər verir ki, bu haqda Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah 6 avqusda bildirib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 33247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, aktiv xəstə sayı 3493-dir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7050, ötən müddət ərzində isə ümumilikdə 766 179 test aparılıb.
Azərbaycanda koronavirusa ümumi yoluxanların 88.05 faizi sağalıb. Yoluxanlardan 10.51 faiz aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 33247 nəfərin 1.44 faizi (479 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.