Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Rasthaber xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 37 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, 2 049 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 290, bu günə qədər isə ümumilikdə 988 268 test icra olunub.
Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.12 faizi sağalıb. Yoluxanlardan 5.41 faiz aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 37 874 nəfərin 1.47 faizi (556 nəfər) dünyasını dəyişib.