Azərbaycanda koronavirusa yoluxma sayı 135, sağalma 167

Azərbaycanda koronavirusa yoluxma sayı 135, sağalma 167

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2 006 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 351, bu günə qədər isə ümumilikdə 1 002 727 test icra olunub.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.28 faizi sağalıb. Yoluxanlardan 5.26 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  38172 nəfərin 1.46 faizi (559 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR