Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 33376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, 3197 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.
Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 88.97 faizi sağalıb. Yoluxanlardan 9.58 faiz aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 33376 nəfərin 1.45 faizi (483 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.